^

График приема

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNDƏ

QƏBULUN TƏŞKİL EDİLMƏSİ HAQQINDA MƏLUMAT

         1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində vətəndaşların qəbulu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq həyata keçirilir.

         2. Qəbula yazılmaq üçün qeydiyyatdan keçməklə aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

         2.1. şəxsiyyəti təsdiq edən sənəd

         2.2. müraciət

         2.3. müraciətdə göstərilən məsələ ilə bağlı müvafiq sənədlər.

         3. Qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar məhkəmənin vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin məsul əməkdaşına müraciət edir. Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin məsul əməkdaşı müraciət müəllifinə müraciətində qaldırılan məsələ ilə bağlı müvafiq izahlar verir və ya onun aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmasını təmin edir.

4. Vətəndaşların qəbulu məhkəmənin sədri, sədr müavini və aparatının məsul əməkdaşları tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

  Vətəndaşı qəbul etməli olan şəxsin vəzifəsi Vəzifəli şəxsin soyadı, adı və atasının adı Qəbul günləri Qəbul saatı
1 Naxçıvan MR Ali Məhkəməsinin sədri Bəktaşi Səadət İnayət qızı Hər ayın I və III həftəsinin beşinci günləri 10:00-13:00
15:00-18:00
2 Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini Novruzov Əsgər Novruz oğlu Hər ayın II və IV həftəsinin beşinci günləri 09:00-13:00
14:00-18:00
3 Aparat rəhbəri Qurbanova Gülay Əjdər qızı iş günləri 09:00-13:00
14:00-18:00
4 Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsi

Əliyev Oruc Əli oğlu,
Atakişiyev Aqil Məzəddin oğlu, Bağırova Sahilə Hümbət qızı.

iş günləri

09:00- 13:00
14:00- 18:00

         5. Vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, Azərbaycan Respublikasının vətəndaşı olmadıqda isə şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, ünvanı, müraciət etdiyi məsələnin mahiyyəti, əvvəllər bu məsələ ilə əlaqədar müraciət edib-etməməsi və onunla əlaqə vasitələri öyrənildikdən sonra o, qəbula yazılır.

            6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

            Qeyd: şəhid ailə üzvləri, qazilər, əlillər, veteranlar və digər imtiyazlı vətəndaşlar məhdudiyyətsiz qəbul edilirlər.